Xameneinin varis planı sürətləndirildi - İran iki ad arasında seçim edir
Yeniliklərdən dərhal xəbərdar olun
İranın Ali Rəhbəri Əli Xameneinin yerinə keçməsi gözlənilən iki real namizəd var: biri öz oğlu Müctəba Xamenei, digər isə sələfi Ruhullah Xomeyninin nəvəsi Həsən Xomeynidir.
Bu barədə “Reuters” agentliyi İrandakı mənbələrə istinadla məlumat yayıb.
İsrailin İrana hücumu başlayandan bəri “axtarış komitəsi” İranın Ali Rəhbəri Əli Xemeneinin varisini tapmaq üçün işlərini sürətləndirib. Müxtəlif mənbələr Tehranın Əli Xameneinin öləcəyi təqdirdə onun yerinə dərhal birini təyin etmək istədiyini bildirirlər.
Hazırda 86 yaşlı İran liderinin əsas davamçıları kimi ortaya çıxan iki namizəddən biri öz oğlu 56 yaşlı Müctəba Xamenei, digəri isə İslam inqilabının banisi Ruhullah Xomeyninin 53 yaşlı nəvəsi Həsən Xomeynidir.
Amma “The New York Times” qəzetinin iyunun 21-də dərc etdiyi materialda Müctəbanın atasının yerinə keçəcəyi ehtimalı istisna edilmişdi. ABŞ nəşri Əli Xameneinin adının açıqlanmadığı üç varisinin olduğunu yazmışdı. Müctəba onların arasında yoxdur.
#Seyid Əli Xamenei teqi istifadə olunub
- "Onun əlindən tutub irəlilədim" | Əraqçi ABŞ-nin hücumundan necə xilas olduğunu danışdı - Baku TV
- Əli Xameneinin dəfn mərasimi onun doğma şəhəri Məşhəddə başa çatdı - Baku TV
- Dünya mətbuatı Xamenei ilə vida mərasimində diqqət çəkən detalları yazır - Baku TV
- Xamenei ilə milyonların son görüşü | Vida mərasimində izdiham - Baku TV
- İranın Ermənistandakı səfirliyi Trampa müraciət ünvanlayıb
