Xameneinin xəbərdarlığı Pezeşkianı hərəkətə keçirdi | İsrailə cavab zərbəsi...
Yeniliklərdən dərhal xəbərdar olun
İranın yeni prezidenti Məsud Pezeşkian ölkənin ali dini lideri Ayətullah Əli Xameneini İsrailə qarşı cavab zərbəsini dayandırmağa çağırıb. Çünki bu, İranın özü üçün dağıdıcı nəticələrə səbəb ola bilər.
Bu barədə “İran İnternational” telekanalı məlumat yayıb. Bildirilib ki, Xamenei ilə görüşdə Pezeşkian xəbərdarlıq edib ki, İsrailin İranın hücumuna dərhal milli infrastruktur və enerji obyektlərinə hücumlar şəklində cavab vermək qərarı ölkə iqtisadiyyatını iflic vəziyyətinə sala bilər.
Pezeşkian həmçinin qeyd edib ki, SEPAH generallarının döyüşkən ritorikaları ilə İranı arzuolunmaz müharibəyə sürükləyə biləcəyindən ehtiyat edir.
Məlumata görə, Xamenei öz fikirlərini bildirmədən prezidentin arqumentlərini dinləyib.
#İran teqi istifadə olunub
- Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM
- Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Pezeşkian milyonlarla azərbaycanlının ana dili hüququnu tanıyacaq? - AKTUAL GÜNDƏM
- İran islam ölkələrini birliyə çağırıb, regional təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsini vacib sayır
