Xirosima faciəsindən 80 il ötür
Yeniliklərdən dərhal xəbərdar olun
6 avqust 1945-ci il. Səhərin sakitliyi bir anda yerini qaranlığa, ölümə və fəlakətə verdi.
ABŞ-nin Yaponiyanın Xirosima şəhərinə atdığı atom bombası 80 min insanın anında, 140 mininin isə sonrakı aylarda həyatını sonlandırdı. İndiki dövrümüzdə bu hadisəni sadəcə bir tarix kimi deyil, bəşəriyyətin ən böyük səhvlərindən biri kimi xatırlamaq lazımdır.
Atom bombası təkcə Xirosimanı yox etmədi. O, insanlıq, həyatın dəyəri anlayışlarına da böyük zərbə vurdu. Bu faciə sübut etdi ki, müharibədə qalib yoxdur, hər iki tərəf uduzur, amma ən çox sivil insanlar əziyyət çəkir. 80 il keçib, amma dəyişən nədir? Bu gün atom bombası daha çox ölkənin əlinə keçib. İndi dünya sülh yox, “kim daha güclüdür” yarışına girib.
Liderlərin dilindən düşməyən “nüvə silahı ilə cavab verərik” ifadəsi sanki yeni dünya üçün normaya çevrilib. Belə görünür, dünya ölkələri Xirosima dərsini yaxşı mənimsəyə bilməyiblər. O bombanın partlayış səsi illər öncə eşidilib, amma yaraları hələ də sağalmayıb.
Radiasiyanın izləri, dağılan ailələr, yarımçıq qalan həyat hekayələri bu gün də Yaponiya xalqının yaddaşındadır. Bu, təkcə bir xalqın faciəsi deyildi, bu, bəşəriyyətin faciəsidir. İnsanoğlu bu faciədən dərs çıxarmalıdır. Atom bombası heç vaxt bir üstünlük, bir güc göstəricisi olmamalıdır.
Xirosima 80 il sonra belə susmur. Onun hər daşı, hər küçəsi, hər xatirəsi “yenidən olmasın” deyə səslənir.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
