Pleyeri seçin:

Yadplanetlilər iki uşaq anasına hücum etdi? - Məşhur şirkət məhkəməyə verildi

07 noyabr 2024 889 baxış

“Netflix” Nyu-Yorkdan olan Linda Napolitanonun qəribə hekayəsindən bəhs edən sənədli serial çəkib.

77 yaşlı L.Napolitano “Netflix”i yeni sənədli filmə görə məhkəməyə verib.

1989-cu il noyabrın 30-da evdar qadın və iki uşaq anası olan L.Napolitano yadplanetlilər tərəfindən qaçırıldığını deyir.

O, Manhettenin aşağı hissəsində 12-ci mərtəbədəki mənzilinin pəncərəsindən Bruklin körpüsünə, oradan da kosmik gəmiyə aparıldığını iddia edir. O, hekayəsini 2011-ci ildə vəfat edən UFO tədqiqatçısı Budd Hopkinsə danışıb.

1996-cı ildə B.Hopkins “Witness: The True Story of the Brooklyn Bridge” adlı kitabında bu hadisədən bəhs edib. İddia edilən hadisədən bir neçə il sonra L.Napolitano bildirib ki, yadplanetlilər qayıdıb ailəsinə hücum edib.

Maraqlıdır ki, filmdə 23 nəfər L.Napolitanonun Manhetten üstündən uçduğunun şahidi olduğunu iddia edir. L.Napolitano həmçinin yadplanetlilərin onu izləmək üçün burnuna taxılmış metal cihazın rentgen şəklini də göstərib.

Onun oğlu Conni ailəsinin yad varlıqların hücumuna məruz qalması hekayəsini təsdiqləyib.

“Mən sadəcə onu həyatımdan silməyə çalışıram. Bu, çoxdan baş verib. Qonaq otağında üç “məxluq” gördüm. Anam bu hadisəni uydurmayıb, hər şey doğrudan da baş verib”, – o, jurnalistlərə bildirib.

Lakin film üçün danışan Conninin keçmiş arvadı Kerol Reyni ərinin və qayınanasının hekayələrinin doğruluğuna şübhə ilə yanaşıb, olanları uydurma adlandırıb. 

Banner
Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR

Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR

Dünya
27 oktyabr 2026 889 baxış
Rusiya-Ukrayna müharibəsi nə vaxt dayandırılacaq? - Baku TV CANLI

Rusiya-Ukrayna müharibəsi nə vaxt dayandırılacaq? - Baku TV CANLI

Dünya
27 oktyabr 2026 889 baxış
Möhsün Rezai problemlərin həlli üçün 4 ölkənin adını çəkib

Möhsün Rezai problemlərin həlli üçün 4 ölkənin adını çəkib

Dünya
27 oktyabr 2026 889 baxış
Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV

Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV

Dünya
27 oktyabr 2026 889 baxış
Vaşinqton və Tehran xəbərdarlıqlarını sərtləşdirir | Yaxın Şərqdə nələr olacaq? - Baku TV CANLI

Vaşinqton və Tehran xəbərdarlıqlarını sərtləşdirir | Yaxın Şərqdə nələr olacaq? - Baku TV CANLI

Dünya
27 oktyabr 2026 889 baxış
Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI

Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI

Dünya
27 oktyabr 2026 889 baxış
Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib

Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib

Dünya
27 oktyabr 2026 889 baxış
Tehranda gizli hesablaşma? - Yaxın Şərqdə yeni hərbi ittifaq yaranır? - Baku TV CANLI

Tehranda gizli hesablaşma? - Yaxın Şərqdə yeni hərbi ittifaq yaranır? - Baku TV CANLI

Dünya
27 oktyabr 2026 889 baxış
Beynəlxalq fond meşələrin qorunmasına görə ölkələrə ödəniş edəcək

Beynəlxalq fond meşələrin qorunmasına görə ölkələrə ödəniş edəcək

Dünya
27 oktyabr 2026 889 baxış
Texnologiya, turizm və canlı gecə həyatı ilə seçilən Təl-Əviv İsrailin maliyyə mərkəzi sayılır

Texnologiya, turizm və canlı gecə həyatı ilə seçilən Təl-Əviv İsrailin maliyyə mərkəzi sayılır

Dünya
27 oktyabr 2026 889 baxış
Seçilmişlər
icon