Yadplanetlilərlə bağlı yeni sirlər ortaya çıxdı | Bu ərazilər təhlükədədir
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin Arizona ştatında Finiks şəhəri dünyanın hər yerindən olan ufoloqlar, konspiratorlar və digər yadplanetli “ovçuları” arasında ən populyar şəhər seçilib.
“BetUS” tərəfindən tərtib edilmiş Milli UFO Hesabatları Mərkəzinin hesabatında bildirilib ki, son 10 ildə 323 nəfər paranormal hadisələri, yadplanetliləri və buna bənzər şeyləri müşahidə etmək üçün Finiksə yollanıb.
Şəhərin bu populyarlığının səbəbi 1997-ci ildə baş verən hadisə olub. Həmin vaxt yüzlərlə insan şəhərdən eyni anda “Finiks İşıqları” adlanan böyük yüksəklikdə bir-birinə paralel şəkildə üfüq boyunca hərəkət edən onlarla işıqlı obyekti gördüklərini bildiriblər.
Yadplanetlilərin ən çox göründüyü şəhərlər arasında ikinci yeri Nyu-York tutub, 10 il ərzində oraya 313 yadplanetli “ovçusu” gedib.
Müxtəlif növ konspiroloqların toplaşdığı üçüncü yer məşhur 51-ci Zonanın yerləşdiyi Nevadadır. Oraya 309 nəfər yollanıb.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
