Yanaşmanı dəyişdirən yeni müqavilə imzalanıb
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ və BMT Vaşinqtonun təşkilatın humanitar proqramlarını maliyyələşdirmə yanaşmasını dəyişdirən saziş imzalayıb.
Bu barədə ABŞ Dövlət katibi Marko Rubio "X" sosial şəbəkəsində məlumat yayıb.
Onun sözlərinə görə, ABŞ vergi ödəyicilərinin hesabına israfçı, anti-Amerika və ya qeyri-səmərəli proqramları maliyyələşdirməyəcək.
"Bu yolla Amerika vergi ödəyicilərinin daha az vəsaiti hesabına daha çox həyat xilas edilə bilər", – deyə paylaşımda qeyd olunub.
M.Rubio bildirib ki, yeni model BMT-nin humanitar fəaliyyətinin yükünü digər inkişaf etmiş ölkələrlə daha yaxşı bölüşdürməyə imkan verəcək.
"Bu, BMT-dən şişirdilmiş xərcləri azaltmağı, təkrarlanmaları aradan qaldırmağı, səmərəlilik, hesabatlılıq və nəzarətin yeni mexanizmlərini tətbiq etməyi tələb edir", – deyə baş katib sözlərinə əlavə edib.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
