Pleyeri seçin:
Yaponiyada poliqonda bədbəxt hadisənin səbəbləri araşdırılır
Yaponiyanın cənub-qərbində hərbi təlim zamanı partlayış baş verib.
Hadisə nəticəsində 3 hərbçi həyatını itirib, 1 nəfər isə yaralanıb.
“Reuters”in məlumatına görə, Oita prefekturasında yerləşən təlim poliqonunda tank təlimi zamanı mərmi atəş açılmadan əvvəl partlayıb.
Nəticədə, 3 hərbçi həlak olub, yaralanan əsgərin isə üz nahiyəsində yanıq xəsarətləri qeydə alınıb. Hadisənin başvermə səbəbləri araşdırılır.
Qeyd edək ki, ölümcül partlayış Yaponiyanın onilliklər ərzində müdafiə məhsulları ixracı sahəsində ən böyük islahatını açıqladığı, xaricə silah satışına qoyulan məhdudiyyətləri ləğv etdiyi və döyüş gəmiləri, raketlər və digər silahların ixracına yol açdığı gün baş verib.
Kopyalandı
#Yaponiya teqi istifadə olunub
- Yaponiyada ayılar niyə kütləvi şəkildə məhv edilir?
- Kuril mübahisəsi diplomatik gərginliyin mərkəzinə çevrilir - Baku TV CANLI
- Putinin səfəri qalmaqalla bitdi | Rusiya və Yaponiya arasında gərginlik pik həddə çatacaq? - Baku TV
- Qarşılıqlı təhdidlər hərbi qarşıdurmaya gətirib çıxara bilərmi?
- Putinin səfərinə sərt reaksiya | Rusiya və Yaponiya arasında gərginlik dərinləşir - Baku TV CANLI
