Yaxın Şərq və Hörmüz boğazında gərginlik müzakirə olundu
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı aparıb.
Qeyd olunur ki, tərəflər görüş zamanı regionda baş verən son hadisələri və atəşkəslə bağlı mövcud vəziyyəti müzakirə ediblər.
Həmçinin bölgədəki son proseslər və atəşkəslə bağlı vəziyyət barədə fikir mübadiləsi aparılıb.
Əraqçi eyni zamanda Omanın xarici işlər naziri Bədr əl-Busaidi ilə telefonla danışıb. Nazirlər danışıq zamanı Hörmüz boğazındakı son proseslər və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Əraqçi və əl-Busaidi regional məsələlərin həlli və gərginliyin artmasının qarşısının alınması üçün diplomatik potensialdan istifadə edilməsinin, təmasların və koordinasiyanın davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Bundan başqa, İranın xarici işlər naziri Pakistanın Quru Qoşunlarının Komandanı Asim Munirlə əlaqə saxlayıb. Tərəflər danışıq zamanı ABŞ və İran arasında gərginliyin artmasından sonra bölgədəki prosesləri müzakirə ediblər.
#Yaxın Şərq teqi istifadə olunub
- Hörmüz boğazının açılması Avropa üçün prioritetə çevrilib - Baku TV
- Yaxın Şərqdə hərbi qarşıdurmanın yenidən alovlanması ehtimalı artır - Baku TV CANLI
- Yaxın Şərqdə müharibə an məsələsidir | Vaşinqtonun planı nədir? - Baku TV CANLI
- Yaxın Şərqdə vəziyyət kəskinləşir | ABŞ mümkün təhlükəyə qarşı nə tədbir görür? - Baku TV
- Netanyahudan Tehranla bağlı açıqlama | Yaxın Şərqdə vəziyyət gərginləşir - Baku TV CANLI
