Yaxın Şərqdə İsrail-İran bombası partlaya bilər | Ehtimallar
Yeniliklərdən dərhal xəbərdar olun
Dünya indi seçim qarşısındadır: ya diplomatik masa arxasında sülh yolları axtarılacaq, ya da qlobal fəlakətə doğru geri dönülməz bir addım atılacaq.
Hazırda müxtəlif regionlarda illərdir alovlanmağa təşnə olan münaqişə ocaqları bir-birinin ardınca aktivləşməkdədir. Bu ocaqların içərisində ən təhlükəlisi isə şübhəsiz ki, İsrail və İran arasında baş qaldırmış açıq qarşıdurmadır.
Tərəflər qarşılıqlı şəkildə bir-birlərinə həm maddi, həm də mənəvi zərər verməkdə davam edirlər. Avropa, ABŞ və ümumiyyətlə, dünyadakı münaqişələri nizamlamaqda məsuliyyət daşıyan təşkilatlar ya susur, ya da birtərəfli mövqe sərgiləyir.
Xüsusilə ABŞ lideri Donald Trampın qərəzli görünən yanaşması isə təəssüf doğurur. Belə ki, G7 sammitində İran və İsraillə bağlı bəyanat imzalanıb. Bəyanata əsasən, İran heç vaxt nüvə silahı əldə etməməlidir və İsrail isə özünümüdafiə hüququna malikdir.
Digər bir maraqlı nüans D.Trampın Təhlükəsizlik Şurasına hər vəziyyətə hazır olmaları ilə bağlı göstəriş verməsidir. Bu vəziyyət isə qarşıdurmanın artıq regional müstəvidən çıxaraq qlobal təhlükəyə çevrilməkdə olduğunu göstərir.
İsrail-İran münaqişəsi təkcə iki ölkə arasında olan regional savaş deyil. Bu, nüvə silahları, qlobal güc balansı, dini və ideoloji ziddiyyətlər fonunda formalaşmış və hər an dünya müharibəsinə çevrilə biləcək bir böhrandır. Bu münaqişənin genişlənməsi və nəzarətdən çıxması insanlıq tarixinin ən böyük fəlakətlərindən birini doğura bilər.
#ABŞ teqi istifadə olunub
- Azərbaycan, ABŞ və Ermənistan hökumətləri birgə bəyanat yaydı
- Azərbaycan, ABŞ və Ermənistan arasında texniki əməkdaşlıq genişlənir - Baku TV
- Abbas Əraqçi 48 saat ərzində 12 ölkədən olan həmkarı ilə telefon danışığı aparıb
- ABŞ-dən Kanadaya qarşı iqtisadi zərbə | İrana görə bu şirkətlər sanksiya altında - Baku TV CANLI
- Azərbaycan, ABŞ və Ermənistan nümayəndələri arasındakı görüşlə bağlı detallar - Baku TV
