Yaxın Şərqdə yenə yer yerindən oynayacaq? - Qalmaqallı xəbərin detalları
Yeniliklərdən dərhal xəbərdar olun
Dəməşqə hava zərbələrindən sonra iyulun 17-də İsrailin hərbi nəqliyyat karvanı Suriyaya istiqamətlənib.
Belə ki, İsrailin hərbi texnikası Colan yüksəkliklərindəki Məcdəl Şəms şəhərinin ərazisində görünüb.
Qeyd edək ki, Məcdəl Şəms druzların yaşadığı şəhərlərdən biridir. İsrail Ordusu daha əvvəl də Əs-Süveyda şəhərində yaranan gərginlikdən sonra druzları müdafiə edəcəyini açıqlayıb.
Xatırladaq ki, iyulun 16-da yüzlərlə druz Suriyadan İsrailə keçib. Bundan sonra İsrail druzlara hücum edən Suriya silahlılarını məhv edəcəyini açıqlayıb.
Region ölkələri kimi, BMT Təhlükəsizlik Şurası da vəziyyətdən narahatdır. Çünki gərginlik İsrail-Suriya müharibəsinə gətirə bilər. Bu isə İranla gərginlikdən sonra Yaxın Şərqin yenə qaynar nöqtəyə çevriləcəyi ilə bağlı təhdidlər yaradır.
#İsrail teqi istifadə olunub
- Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM
- Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir
- İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV
- Texnologiya, turizm və canlı gecə həyatı ilə seçilən Təl-Əviv İsrailin maliyyə mərkəzi sayılır
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
