Yaxın Şərqdən sonra müharibə indi də ABŞ-yə keçir?
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Liberal Demokrat Partiyasının keçmiş lideri, 2022-ci ildə ölən Vladimir Jirinovskinin 2024-cü il üçün proqnozu yayılıb.
Bu barədə “Gorodche” nəşri yazıb. Bildirilib ki, Jirinovski ABŞ-nin 2024-cü ildə mövcudluğuna son qoyacağını proqnozlaşdırmışdı: “2024-cü ildə ABŞ-də seçkilər olmayacaq, çünki Amerikanın özü də olmayacaq”.
Jirinovskinin fikrincə, ABŞ-nin dağılmasının səbəbi SSRİ kimi ölkə daxilində millətlərarası münaqişələr olacaq.
Nəşr Jirinovskinin sağlığında verdiyi və artıq reallaşan proqnozlarını da xatırladıb. Xüsusilə, 2019-cu ildə Liberal Demokrat Partiyasının keçmiş lideri Yaxın Şərqdə münaqişə olacağını proqnozlaşdırmışdı.
“Hər kəs Ukraynanın nə olduğunu unudacaq, çünki İran, Şimali Koreya, Vyetnam və ya Kosova deyil. Ən dəhşətli hadisələr burada baş verəcək”, – deyə siyasətçi bildirmişdi.
