Yəmənli alpinist vulkan kraterinə düşərək həlak oldu - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Təhlükəli, sığortasız dırmanışları ilə tanınan yəmənli alpinist Əntar əl-Absi Damt vulkanının qaynar kraterinə düşərək həyatını itirib.
Bu barədə “Yemen Online” nəşri Yəmənin Mülki Müdafiə Xidmətinə istinadən məlumat yayıb.
Hadisə çoxsaylı tamaşaçıların gözü qarşısında baş verib. Məlumata görə, insanlar alpinistin dırmanışını videoya çəkərkən o, qəfil vulkan kraterinə düşüb.
“Hörümçək adam” ləqəbi ilə tanınan Əntar əl-Absi təhlükəli yüksəlişləri sığorta avadanlığı və xüsusi qoruyucu vasitələr olmadan həyata keçirməsi ilə məşhur idi.
Bildirilir ki, o bu dəfə də vulkana ayaqqabısız və avadanlıqsız qalxmağa çalışıb. Hadisədən dərhal sonra axtarış-xilasetmə əməliyyatı başlanılıb. Xilasedicilər onun cəsədini sönmüş vulkanın daxilində yerləşən isti kükürdlü sularda aşkarlayıblar.
Hadisənin başvermə səbəbləri ilə bağlı araşdırma aparılır.
#Yəmən teqi istifadə olunub
- "Saudi Aramco" və hava limanları vuruldu
- Abbas Əraqçi Ərəbistan yarımadasında baş verən proseslərdən narahatlığını bildirdi - Baku TV
- Səudiyyə Ərəbistanının aviasiyası tərəfindən Yəmənə hücumlar həyata keçirilib - Baku TV CANLI
- ABŞ bölgəyə əlavə hərbi qüvvələr göndərir | Yaxın Şərqdə nə baş verir? - Baku TV CANLI
- Yəməndə husilərlə hökumət qüvvələri arasında qarşıdurma yenidən şiddətlənib - Baku TV CANLI
