Yeni Kaledoniya ilə bağlı 3 sazişin əsas məqsədi ifşa olundu
Yeniliklərdən dərhal xəbərdar olun
Fransanın Yeni Kaledoniyaya qarşı apardığı kolonial siyasət Matinyon, Numea və Bujival sazişlərində öz təzahürünü tapıb. Məqsəd sonradan məskunlaşan fransızların maraqlarını qorumaq, müstəmləkəçiliyə nəzarəti davam etdirmək və kanak xalqının haqqı olan müstəqillik arzularını yox etmək olub.
Bu barədə Bakı Təşəbbüs Qrupundan bildirilib.
Yeni Kaledoniya Sakit okeanın cənubunda yerləşir. Əhalinin təxminən 40%-ni təşkil edən yerli kanaklar öz müqəddəratlarını təyin etmək uğrunda mübarizə aparırlar.
12 iyul 2025-ci il tarixində imzalanan Bujival sazişi dekolonizasiya istiqamətində atılan addım yox, neokolonial siyasətdir.
Hər üç saziş Fransa tərəfindən dekolonizasiyanı təxirə salmaq və ya manipulyasiya etmək üçün istifadə olunub.
Matinyon sazişi keçirilməmiş referendum vədi ilə mövcud kolonial siyasəti gücləndirdi. Numea sazişi referendum çərçivəsi təqdim etsə də, seçki manipulyasiyası və Fransanın müdaxiləsi ilə zəiflədi. Nəticədə 2021-ci ilin boykot olunan referendumuna gətirib çıxardı.
Nəhayət, Bujival sazişi Kanakların siyasi gücünü sarsıdan və Fransanın nəzarətini institusional şəkildə möhkəmləndirən bir model təklif edir. Nəticə eyni olaraq qalır. Fransa BMT tərəfindən tanınmış dekolonizasiya hüququnu görməzdən gəlir. Bu isə neokolonial siyasət kimi qiymətləndirilir.
#Fransa teqi istifadə olunub
- Britaniya və Fransa qüvvələrinin mümkün hücumlara cavab verə biləcəyi bildirilir
- Fransada məhbusların sayı rekord həddə çatıb
- Fransadakı etirazlar digər ölkələrə də yayılır | Zelenski Türkiyəyə niyə getdi? - YENİ BİR SƏHƏR
- Fransada etirazların miqyası genişləndi | Saxlanılanlarla bağlı rəqəm açıqlandı - Baku TV
- 2025-ci ildə 927 nəfər həyatını itirib ki, onların da 83 %-i kişidir
