Zatulindən Paşinyana ittiham: Rusiyanı Qərbə dəyişir
Yeniliklərdən dərhal xəbərdar olun
Paşinyan hökumətinin Rusiya-Ermənistan dostluq cəmiyyətinin sədri Viktor Krivopuskovun ölkəyə girişini yasaqlaması Rusiyada böyük hay-küy doğurub.
Erməni mediası xəbər verir ki, qərara ilk təpki gözlənildiyi üzrə Dövlət Dumasının deputatı Konstantin Zatulindən gəlib. Onun sözlərinə görə, Ermənistanın Baş naziri Nikol Paşinyan və hökuməti Rusiya ilə hər cür əlaqəni kəsməyə çalışır. Öz ölkələrində uzun illərdir, Moskva ilə İrəvan arasında münasibətlərin düzəlməsinə çalışan insanları arzuolunmaz elan edir.
K.Zatulin həmçinin Rusiya Ermənistanla Dostluq və Əməkdaşlıq Cəmiyyətinin sədri Viktor Krivopuskovun respublikaya girişinə qadağa qoymasını “qeyri-qanuni” adlandırıb. Deputat ötən il ona və RT-nin baş redaktoru Marqarita Simonyana da eyni qadağanın qoyulduğunu xatırladıb.
Rusiyalı deputatın iddiasına görə, bütün bunlar erməni siyasətçilərinin Qərb emissarları ilə görüşlərindən dərhal sonra baş verir.
“Viktor Krivopuskova böyük hörmətim var. Mən bilirəm ki, o, Rusiya-Ermənistan münasibətlərinin inkişafı üçün sözdə deyil, əməldə çox iş görüb. Təbii ki, onun girişinə qadağa qoyulması təsadüf və ya səhvən deyil.
Bu, Rusiya ilə hər cür əlaqəni kəsməyə çalışan Nikol Paşinyan və hökumətinin ardıcıl xəttidir. Krivopuskovun ölkəyə girişinə qadağa da bu xəttə uyğundur. Ermənistan hakimiyyətinin hərəkəti siyasəti hədsizlikdir!”, – deyə Zatulin bildirib.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
