Zaxarova Makronu məsxərəyə qoydu
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Fransa Prezidenti Emmanuel Makronun Azərbaycan və Ermənistan liderləri ilə bağlı açıqlamalarına təəccübləndiyini bildirib və onu tənqid edib.
M.Zaxarova bildirib ki, E.Makron iyunun 28-də Marseldə erməni icmasının nümayəndələri ilə görüşdə Ermənistanın Baş naziri Nikol Paşinyandan çox Azərbaycan Prezidenti İlham Əliyevə təzyiq etdiyini bildirib və guya o, Qarabağ məsələsində aydın mövqeyə malik yeganə liderdir.
“Makron demişdi ki, Qarabağ ətrafındakı vəziyyətlə bağlı dəqiq mövqeyə malik olan və bu mövzunu dünya ictimaiyyətinin gündəmində demək olar ki, təkbaşına saxlayan yeganə şəxs odur. Bu bəyanatlardan sonra belə bir təəssürat yaranır ki, Fransa Prezidentinin təvazökarlığı cəsarətindən sonra ikinci yerdədir. Təəssüf ki, o, belə səmərəli işin əməli nəticəsi barədə heç nə deməyib. Proses var, amma nəticəsi yoxdur. Bəlkə də onun nəticə barədə danışmamasının səbəbi onun olmaması ilə bağlıdır”, – deyə XİN rəsmisi qeyd edib.
M.Zaxarova əlavə edib ki, rəsmi Bakı və İrəvan arasında vasitəçilik edən ATƏT-in Minsk qrupunun dağılmasında Parisin də rolu olub:
“Fransanın göstəriş xatirinə atdığı addımlar tərəflərə kömək etmir. Paris sadəcə Rusiyanı regiondan sıxışdırıb çıxarmağa və öz məqsədlərinə çatmağa çalışır”.
#Mariya Zaxarova teqi istifadə olunub
- Rusiya rəsmisi erməni gənclərə ortaq tarixi unutmamaq çağırışı etdi - Baku TV CANLI
- Jurnalistlərin bəyanatı Moskvanın mövqeyini əsk etdirmir | Mariya Zaxarova - Baku TV
- Zaxarovadan Ankara və Vaşinqtona Ukraynayaya görə xəbərdarlıq - Baku TV
- Rəsmi Bakı Moskvaya etirazını bildirdi | Ayxan Hacızadədən “Baku TV”yə açıqlama - Baku TV
- “Bu cür mövzular Azərbaycanla əlaqəli şərh edilməməlidir" | Ayxan Hacızadə - Baku TV CANLI
