Zaxarova Tramp və Zelenski arasındakı gərgin görüşdən danışdı | Detallar açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
“Volodimir Zelenskinin ABŞ Prezidenti Donald Trampa ABŞ-nin hələ də problemlərlə üzləşəcəyi sözləri Kiyevin terror əməllərinə işarə edir”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“ABŞ Prezidenti və vitse-prezidenti onu yerinə oturtdular, amma məsələ başqadır. Söhbət Kiyev rejiminin ABŞ-yə açıq təhdidindən gedir. Dünya azlığı isə bunu eşitmirdi və eşitmək istəmirdi ki, həmin rejim artıq terrorçu rejimə çevrilib”, − M.Zaxarova bildirib.
Qeyd edək ki, Ağ Evdə Donald Tramp və Volodimir Zelenski arasında fevralın 28-də baş tutan görüş olduqca gərgin keçib və tərəflər ictimaiyyət önündə mübahisə ediblər. Daha sonra qapalı davam edən görüş də yarımçıq kəsilib, V.Zelenski Ağ Evi erkən tərk edib, birgə mətbuat konfransı və Ukraynanın faydalı qazıntıları ilə bağlı sazişin imzalanması ləğv edilib.
#Rusiya Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Tehrana səfər edən Lavrov iranlı həmkarı ilə nələri müzakirə etdi? - Baku TV CANLI
- Moskva Bakı ilə münasibətlərdə ortaq faciə səhifəsinin çevrildiyini açıqlayır
- “Azərbaycan da məcbur olacaq ki...” | Rusiya “səhifə çevrildi” dedi, bəs bundan sonra? - Baku TV
- Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama - Baku TV
- ABŞ-nin Rusiyaya qarşı sanksiyaları genişlənir | Moskva Pekindən nə gözləyir? - Baku TV
