Zaxarovadan Simonyana sərt cavab | Ümid edirəm ki, cavab verməyə cəsarətləri çatacaq
Yeniliklərdən dərhal xəbərdar olun
“Ümid edirəm ki, bu cür bəyanatlar verənlərin rusiyalı parlamentarilərin bu il aprelin 24-də ünvanladıqları suallara cavab verməyə cəsarəti çatacaq”.
Bu sözləri Rusiya XİN sözçüsü Mariya Zaxarova mayın 3-də keçirdiyi brifinqdə Ermənistan parlamentinin sədri Alen Simonyanın sözlərinə cavab olaraq deyib.
“Müvafiq cavabı alan kimi biz ictimaiyyətə məlumat verəcəyik”, – o qeyd edib.
Xatırladaq ki, Alen Simonyan Ukraynanın ərazi bütövlüyünü tanıdıqlarını bildirib və Rusiyanı işğalçı adlandırıb. Bundan sonra Dövlət Duması Ermənistan parlamentinə sorğu göndərərək bunun rəsmi mövqe olub-olmadığının izahını tələb edib.
Alen Simonyan isə deyib ki, Ukraynanın ərazi bütövlüyünü Türkiyə də tanıyır, Rusiya isə Ankaraya bir söz demir, gücünü bizə göstərir.
#Rusiya Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Tehrana səfər edən Lavrov iranlı həmkarı ilə nələri müzakirə etdi? - Baku TV CANLI
- Moskva Bakı ilə münasibətlərdə ortaq faciə səhifəsinin çevrildiyini açıqlayır
- “Azərbaycan da məcbur olacaq ki...” | Rusiya “səhifə çevrildi” dedi, bəs bundan sonra? - Baku TV
- Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama - Baku TV
- ABŞ-nin Rusiyaya qarşı sanksiyaları genişlənir | Moskva Pekindən nə gözləyir? - Baku TV
