Zelenski Almaniyada NATO rəhbərləri ilə danışıqlar aparıb - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Volodimir Zelenski Almaniyada keçirilən Münxen Təhlükəsizlik Konfransında NATO-nun Baş katibi Mark Rütte ilə görüşüb.
Görüşdə Ukraynaya hərbi dəstək məsələsi müzakirə olunub.
V.Zelenski bildirib ki, görüş zamanı Ukraynanın Hava Hücumundan Müdafiə sistemləri üçün raketlərin tədarükünə yönəlmiş təşəbbüsün maliyyələşdirilməsi məsələsi dəyərləndirilib.
O, Ukraynanın müdafiə qabiliyyətini gücləndirmək üçün beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb və tərəfdaş ölkələrin töhfələrindən məmnunluğunu ifadə edib.
Görüşdə həmçinin Avropada birgə müdafiə təşəbbüsləri və Ukraynanın mülki əhalinin həyatını qorumaq imkanlarının artırılması məsələləri də müzakirə olunub.
V.Zelenski vurğulayıb ki, Ukrayna Müdafiə Əlaqə Qrupunun iclasında tərəfdaş ölkələr Ukrayna üçün 38 milyard avro məbləğində hərbi yardım paketini təsdiqləyib və bunu mühüm inkişaf kimi qiymətləndirib.
Qeyd edək ki, NATO-nun Avropa ölkələri tərəfindən maliyyələşdirilən proqram çərçivəsində ABŞ 2026-cı ildə Ukraynaya ümumi dəyəri təxminən 15 milyard dollar olan silah istehsalı və tədarükü edəcək.
Bu barədə NATO-nun Baş katibi Mark Rütte bildirib.
"Amerika tərəfi Ukraynaya təchizatı dayandırmayıb. ABŞ tədarük etməyə hazırdır. Bunu fasiləsiz və maneəsiz edir", – deyə M.Rütte qeyd edib.
NATO-nun Baş katibi bildirib ki, Alyans hər ay Ukraynaya təxminən bir milyard avro yardım göndərir. Bu il isə təxminən 15 milyard dollar dəyərində kritik silah və avadanlıqlar, o cümlədən raketlər və Hava Hücumundan Müdafiə sistemləri göndəriləcək.
#Volodimir Zelenski teqi istifadə olunub
- Danışıqlarda Ukrayna nümayəndə heyətinə Budanov rəhbərlik edəcək
- Kiyev mümkün razılaşmalarla bağlı rəsmi təkliflərini ABŞ tərəfinə təqdim etdi - Baku TV CANLI
- Zelenski çıxışında Kiyevin ABŞ-nin yeni siyasi qüvvələri ilə tez bir zamanda dialoq qurmalı olduğunu bildirib
- Zelenski Maskın maliyyə imkanları ilə Avropa siyasətinə təsirini yolverilməz sayıb - Baku TV CANLI
- Kiyev milyarderin açıqlamalarına niyə sərt reaksiya verdi?
