Zelenski Cenevrədəki diplomatik danışıqların gedişi barədə açıqlama verdi
Yeniliklərdən dərhal xəbərdar olun
“Cenevrədə ABŞ nümayəndə heyəti ilə danışıqlar davam edir, artıq Tramp komandasının bizi eşitdiyinə dair siqnallar var”.
Bunu Prezident Volodimir Zelenski Cenevrədə diplomatik danışıqların gedişi barədə danışarkən deyib.
“Ukrayna nümayəndə heyəti Cenevrədə artıq bir sıra görüşlər keçirib: Amerika tərəfi ilə, həmçinin Avropadakı tərəfdaşlarımızla. İndi danışıqların nəticələri barədə nümayəndə heyətinin hesabatı oldu və bunlar həqiqətən də ciddi danışıqlar idi, çox şey dəyişir. Əsas odur ki, ABŞ nümayəndələri ilə dialoq var və Prezident Trampın komandasının bizi eşitdiyinə dair siqnallar var”, – Prezident qeyd edib.
Zelenski müharibənin dayandırılması üçün real addımların atılmasının tərəfdarıdır:
"Vacibdir ki, müharibənin dayandırılmasına yönələcək addımlar real olsun və bütün mexanizmlər işlək vəziyyətdə olsun. Nəticələrin doğru addımlar olması ilə bağlı gözləntimiz var. Birinci prioritet – etibarlı sülh, təmin olunmuş təhlükəsizlik, xalqımıza hörmət, Rusiyanın təcavüzündən ölkəni müdafiə edərkən həyatını qurban verən hər kəsə hörmətdir”.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
