Pleyeri seçin:

Zelenski danışıqlar zamanı Donbasla bağlı nə planlaşdırıldığını açıqladı

24 dekabr 2025 451 baxış

“Ukraynanın ABŞ ilə birlikdə hazırladığı müharibənin bitməsi planının bəndlərindən biri ərazilər məsələsinə aiddir, hazırda bu problemin həlli üçün bir neçə mümkün variant mövcuddur”.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Onun sözlərinə görə, planın bu bəndində Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərində qoşunların yerləşdiyi xəttin de-fakto təmas xətti kimi tanınması nəzərdən keçirilir.

Prezident qeyd edib ki, bundan sonra münaqişənin dayandırılması üçün zəruri olan qüvvələrin yerləşdirilməsini müəyyənləşdirmək, eləcə də potensial gələcək xüsusi iqtisadi zonaların parametrlərini təyin etmək məqsədilə işçi qrup yaradılmalıdır.

“Elə bir vəziyyətdəyik ki, ruslar Donetsk vilayətindən çıxmağımızı istəyirlər, amerikalılar isə bunun çıxış yolu olmaması üçün yol tapmağa çalışırlar, çünki biz çıxmağa qarşıyıq. Onlar demilitarizasiya olunmuş zona və ya azad iqtisadi zona kimi bir format tapmaq istəyirlər ki, bununla hər iki tərəfin baxışları təmin edilsin”, – Zelenski deyib.

O əlavə edib ki, azad iqtisadi zona variantı suveren dövlətin seçə biləcəyi potensial imkanlardan biridir. Bununla belə, Prezident “potensial” sözünə xüsusi diqqət çəkib.

O hesab edir ki, iqtisadi zonalar kimi bir potensial mövcud ola bilər:

“Bu bizim dialoq siyasətimizdir. Diqqət yetirin, 14-cü bənddə “ərazilər” dedikdə bütün vilayətlər nəzərdə tutulur. Biz isə deyirik ki, əgər bütün vilayətlər nəzərdə tutulursa və biz hazırda dayandığımız mövqelərdə qalırıqsa, razılaşa bilərik. Məhz buna görə də burada “potensial zonalar” ifadəsi yazılıb”.

Prezident vurğulayıb ki, “harada dayanmışıqsa, orada qalırıq” formulu üzrə danışıqların bu məsələdə uğursuz olması halında hadisələrin inkişafı üçün iki variant var:

“Birincisi, müharibənin davam etməsidir. İkincisi isə bütün potensial iqtisadi zonalar məsələsinin həllidir. Bu variantda razılaşmanın qüvvəyə minməsi üçün Rusiya öz qoşunlarını Dnepropetrovsk, Nikolayev, Sumı və Xarkov vilayətlərindən çıxarmalıdır.

“Ərazilərin mübadiləsi” ilə bağlı hekayəni xatırlayırsınızmı? Heç kim sona qədər bunun nə demək olduğunu başa düşmürdü. Bax, bu onların təklifidir. Təklif belə idi: onlar bu ərazilərdən çıxırlar və bizim də Donbasdan çıxmağımızı istəyirlər, sonra isə orada “azad iqtisadi zona” yaradılır. Əgər Donbas məsələsində potensial azad iqtisadi zonadan danışırıqsa, Ukrayna qanunvericiliyinə görə, bunu edə bilmərik. Hətta potensial olaraq da”.

Zelenski izah edib ki, hər hansı əraziyə xüsusi statusun verilməsi halında Ukraynada referendum keçirilməlidir:

“Yalnız referendum insanların bu cür yola razı olub-olmadığını müəyyən edə bilər, əgər Ukrayna üçün təklif məhz belədirsə – ya bu, ya da müharibə”.

Banner
Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Dünya
28 oktyabr 2026 451 baxış
Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 451 baxış
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 451 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 451 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 451 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 451 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 451 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 451 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 451 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 451 baxış
Seçilmişlər
icon