"Rusiya bu ölkələri də hədəfə alıb" | Zelenski müdafiə üçün yeganə yolu açıqladı?
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Prezidenti Volodimir Zelenski BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı qlobal təhlükəsizlik arxitekturasının zəifliyindən danışıb. O vurğulayıb ki, müasir dünyada artıq heç bir dövlət öz təhlükəsizliyini təkbaşına təmin etmək iqtidarında deyil.
Zelenski Rusiyanın aqressiyasının yalnız Ukrayna ilə məhdudlaşmadığını konkret nümunələrlə göstərib:
-
Polşa: Rusiya dronlarının ölkənin hava məkanını pozması.
-
Estoniya: Rusiyanın asayişi pozması səbəbindən ölkənin tarixdə ilk dəfə BMT Təhlükəsizlik Şurasının iclasını çağırmaq məcburiyyətində qalması.
-
Moldova: Rusiyanın hədəfində olan digər ölkə kimi özünü müdafiə etmək səyləri.
Prezidentin əsas mesajı belə olub: "Əgər sülh istəyirsənsə, döyüşməlisən. Bunun üçün isə öz silah-sursatın olmalıdır".
#Volodimir Zelenski teqi istifadə olunub
- Ukrayna HHM sistemlərinin verilməsi yubanır
- Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək? - Baku TV CANLI
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Ukraynada "Starlink" problemi həll olundu | Sürət əvvəlki səviyyəyə çatdı - Baku TV
- Trampın təzyiqi, Putinin şərtləri, Zelenski üçün ağır seçim - AKTUAL GÜNDƏM
