Zelenski prezidentlikdən getməli olacaq? - Trampın bu addımı Rusiya üçün isə...
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Trampın sülh planı Ukrayna lideri Volodimir Zelenskiyə prezidentliyi bahasına başa gələ və ölkədə sabitliyi poza bilər.
Bu barədə “Politiko” məlumat yayıb.
Qeyd olunub ki, ərazilərin verilməsi təklifi Konstitusiyaya dəyişikliklər və referendum tələb edəcək:
“Bu, kəskin siyasi böhrana səbəb ola və Moskva üçün “Troya atına” çevrilə, Putin isə Ukraynadakı daxili ixtilafdan öz revanşist məqsədləri üçün istifadə edə bilər. Hazırkı saziş layihəsinə görə, Ukrayna NATO-ya üzv olmaqdan imtina edir, işğal olunmuş əraziləri de-fakto güzəştə gedir, ABŞ-nin dəstəyi olmadan üçüncü ölkələrdən qeyri-müəyyən təhlükəsizlik zəmanətləri alır, ABŞ-nin xeyrinə mineral sərvətlərin bölüşdürülməsi sazişini imzalayır. Eyni zamanda Rusiyadan nə təzminat alır, nə də hərbi cinayətlərə görə məsuliyyət zəmanəti”.
Nəşr vurğulayıb ki, ABŞ-dən dəqiq zəmanətlər və hərbi dəstək olmasa, bu atəşkəs Putin üçün təcavüzün növbəti mərhələsinə qədər ancaq möhlət olacaq.
#Donald Tramp teqi istifadə olunub
- Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI
- İsraildə seçkilər ərəfəsində Donald Tramp seçiciləri səsvermədə iştirak etməyə səsləyib
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Obama Trampı və ailəsini genişmiqyaslı korrupsiyada ittiham edib - Baku TV
- Vaşinqton Moskva ilə təmaslardan hansı nəticəni gözləyir? - Baku TV CANLI
