Pleyeri seçin:

Zelenski son görüşdə Trampa böyük dərs verdi | Əfşar Süleymanidən sensasiyalı açıqlama

06 mart 2025 347 baxış

Hazırda Donald Tramp çərçivəsiz və ümumiyyətlə, İkinci Dünya müharibəsindən sonra yaranan nizam və beynəlxalq quruluşun tam əksinə hərəkət edir.

Demirəm ki, bu quruluşda hər şey yaxşı və hamı da razıdır. Amma hər halda müəyyən nizam-intizam və bəzi hədlər var. Məsələ budur ki, hazırda dünya çoxqütblü olmaq yolunda irəliləyir, bu uğurda savaş gedir və bu davam edəcək. Amma D.Tramp öz siyasəti ilə bunu pozmaq istəyir və bu pozucu siyasət də Ukrayna məsələsindən başlanıb.

Demək olar ki, bu sanki test xarakterli məsələdir. Ümumiyyətlə, D.Trampın Vladimir Putinin yanında durması özəl bir məsələdir, yəni gözlənilmirdi.

Bu sözləri “Axar.az”a açıqlamasında İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani deyib.

“D.Tramp birinci dəfə prezident olanda da radikal siyasət yürüdürdü, ancaq yenidən prezident seçilmə ehtimalını nəzərə alaraq çərçivədən tam çıxmağı gözə ala bilməzdi. İndi isə situasiya tam D.Trampın xeyrinədir. O, hər halda yenidən seçilmə ehtimalı olmadığından, maşını tam sürətlə sürür.

D.Trampın bu davranışları elə təəssürat yaradır ki, sanki ABŞ Rusiyanın yanında durub və Kreml köçüb Ağ Evə. D.Tramp da V.Putin kimi danışır”, – o bildirib.

Onun sözlərinə görə, Volodimir Zelenski son görüşündə D.Tramp və trampçılara böyük bir dərs verdi:

“Baxmayaraq ki, Ukrayna hər halda müharibədədir və Rusiya güclü tərəfdir, həmçinin Ukrayna ABŞ-nin qarşısında zəif bir ölkə hesab olunur, V.Zelenskinin reaksiyaları böyük dərs idi. Düzdür, indi V.Zelenski hər halda reallıqlara görə geri də addım ata bilər, amma əsas odur ki, Ağ Evdə tarixi reaksiya verdi və digər ölkələrə də dərs oldu ki, Amerika hətta öz müttəfiqlərini bu cür yarı yolda qoya bilər.

D.Tramp axır-əvvəl reallığın tam başqa olduğunu görəcək. O, “zavod tənzimləmələrinə” geri qayıtsa, anlayacaq ki, “24 saata həll edərəm”, “bir aya müharibəni dayandıraram” ifadələri real deyil. Bu, beynəlxalq sistemin gələcəyini müəyyən edir”.

Banner
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 347 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 347 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 347 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 347 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 347 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 347 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 347 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 347 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 347 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 347 baxış
Seçilmişlər
icon