Zelenski Vatikandakı Trampla görüşündən danışdı | Tarixi hadisəyə çevrilə bilər, görüş yaxşı keçdi
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla Vatikanda baş tutan görüşünü şərh edib.
Bu barədə V.Zelenski “Telegram” kanalında paylaşım edib.
“Yaxşı görüş idi. Təkbətək çox şeyi müzakirə edə bildik. Biz deyilənlərin hamısından nəticə əldə edilməsini gözləyirik. İnsanlarımızın həyatını qorumalıyıq. Tam və qeyd-şərtsiz atəşkəsə nail olmalıyıq. Təşəkkürlər, Prezident Donald Tramp!”, – deyə V.Zelenski paylaşımda bildirib.
Ağ Evin mətbuat xidməti isə Prezident D.Tramp və V.Zelenski arasında baş tutan söhbətin məhsuldar olduğunu vurğulayıb.
Qeyd edək ki, Volodimir Zelenski Donald Trampla görüşündən sonra Fransa Prezidenti Emmanuel Makronla müzakirələr aparıb. Onlar Ukraynada sülh prosesini müzakirə ediblər.
#Volodimir Zelenski teqi istifadə olunub
- Ukrayna HHM sistemlərinin verilməsi yubanır
- Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək? - Baku TV CANLI
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Ukraynada "Starlink" problemi həll olundu | Sürət əvvəlki səviyyəyə çatdı - Baku TV
- Trampın təzyiqi, Putinin şərtləri, Zelenski üçün ağır seçim - AKTUAL GÜNDƏM
