Zelenskidən Tbilisi ilə bağlı qalmaqallı qərar | Əlimizdən gələni edəcəyik ki...
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Gürcüstana 2028-ci ilin sonuna qədər Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırdığına görə yeni sanksiyalar tətbiq edə bilər.
Bu barədə ABŞ Dövlət katibi Entoni Blinken deyib.
“Əvvəllər elan etdiyimiz ikitərəfli əməkdaşlığın nəzərdən keçirilməsini davam etdirməklə yanaşı, əlavə sanksiyaların tətbiqi də daxil olmaqla əlimizdə olan vasitələrdən istifadə etməyə hazırlaşırıq”, – deyə o qeyd edib.
Ukrayna Prezidenti Volodimir Zelenski isə ölkəsinin Gürcüstana qarşı sanksiyalar tətbiq etməsi barədə fərman imzalayıb.
Bu barədə Prezident öz müraciətində bildirib. Məlumata görə, sanksiyalar 19 nəfəri əhatə edib.
Hakim “Gürcü Arzusu” Partiyasının sədri Bidzina İvanişvili də onların arasındadır.
Qeyd edək ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin 2028-ci ilin sonuna qədər Avropa İttifaqına üzvlük məsələsi ilə əlaqədar danışıqların dayandırılması ilə bağlı qərarı ölkədə etirazlara səbəb olub. Günlərdir davam edən aksiyalar nəticəsində xeyli insan xəsarət alıb və saxlanılıb.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
