Zelenskidən Trampa sərt reaksiya | ABŞ-nin təklifi Ukraynaya nə qazandıracaq? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
“ABŞ Rusiya ilə sülh müqaviləsinin bir hissəsi olaraq Ukraynaya təhlükəsizlik zəmanəti təklif etdi, bu şərtlə ki, Kiyev Donbası Moskvaya güzəştə getsin”.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski "Reuters"ə müsahibəsində deyib.
"Ukrayna Donbasdan çıxmağa hazır olan kimi amerikalılar bu zəmanətlər üzrə işləri yüksək səviyyədə başa çatdırmağa hazırdırlar", – deyə o bildirib.
Zelenskinin sözlərinə görə, Yaxın Şərqdəki vəziyyət Kiyevə təzyiq göstərməklə dörd illik Rusiya-Ukrayna müharibəsinə tez bir zamanda son qoymağa çalışan ABŞ Prezidenti Donald Trampın qərarlarına təsir göstərir:
"Düşünürəm ki, bu, onun gələcək addımlarına da təsir edəcək. Təəssüf ki, mənim fikrimcə, Prezident Tramp Ukrayna tərəfinə təzyiqi artırmaq strategiyasını seçməyə davam edir".
O xəbərdarlıq edib ki, qoşunların Donbasın şərqindən çıxarılması həm Ukraynanın, həm də Avropanın gələcək təhlükəsizliyini təhdid edəcək, çünki bu, regiondakı güclü müdafiə mövqelərinin Rusiyaya təhvil verilməsi demək olacaq.
#Volodimir Zelenski teqi istifadə olunub
- Ukrayna HHM sistemlərinin verilməsi yubanır
- Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək? - Baku TV CANLI
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Ukraynada "Starlink" problemi həll olundu | Sürət əvvəlki səviyyəyə çatdı - Baku TV
- Trampın təzyiqi, Putinin şərtləri, Zelenski üçün ağır seçim - AKTUAL GÜNDƏM
