Zelenskidən Trampa sərt təpki: "O zaman imkan verməyəcəyəm ki..."
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın yeni administrasiyasının müharibənin dayandırılması ilə bağlı təkliflərinə və Donald Trampın vasitəçilik cəhdlərinə kəskin reaksiya verib. Zelenski bəyan edib ki, Ukraynanın milli maraqlarına zidd olan, ərazi bütövlüyünü şübhə altına alan və ya ədalətsiz şərtlər daxilində məcburi sülhə imkan verməyəcək. Xüsusilə, Vaşinqtonun "iyun ayına qədər müharibəni bitirmək" planı və enerji sektoruna hücumların dayandırılması ilə bağlı yeni atəşkəs təklifləri Kiyev tərəfindən ciddi şərtlərlə qarşılanıb. Zelenski vurğulayıb ki, Moskvaya etibar etmirlər və yalnız hüquqi cəhətdən məcburi olan təhlükəsizlik zəmanətləri masada ola bilər. Trampın "Zelenski danışıqlara hazır deyil" fikrinə qarşı çıxan Ukrayna lideri, "təslimiyyət xarakterli heç bir razılaşmaya yol verməyəcəm" deyərək rəsmi Vaşinqtona sərt mesaj göndərib.
#Volodimir Zelenski teqi istifadə olunub
- Ukrayna HHM sistemlərinin verilməsi yubanır
- Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək? - Baku TV CANLI
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Ukraynada "Starlink" problemi həll olundu | Sürət əvvəlki səviyyəyə çatdı - Baku TV
- Trampın təzyiqi, Putinin şərtləri, Zelenski üçün ağır seçim - AKTUAL GÜNDƏM
