Zelenskinin arzusu reallaşır? - Rusiya-Ukrayna müharibəsində gözlənilməz addım
Yeniliklərdən dərhal xəbərdar olun
“Polşa hava hücumundan müdafiə sistemindən istifadə etməklə Ukrayna ərazisi üzərində Rusiya raketlərinin vurulması ehtimalı nəzərdən keçirilir, lakin hələlik konkret qərarlar yoxdur”.
Bu barədə Polşa Xarici İşlər Nazirliyinin nümayəndəsi Pavel Vronski bildirib.
“Bu məsələyə hüquqi və texniki nöqteyi-nəzərdən baxılır, lakin indi heç bir qərar yoxdur”, – deyə o qeyd edib.
O vurğulayıb ki, Polşanın hava hücumundan müdafiə sistemlərinin Ukraynaya fiziki təhvil verilməsindən söhbət getmir: “Polşanın hava hücumundan müdafiə sisteminin ölkə hüdudlarından kənarda olması ehtimalı yoxdur”.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski “Reuters” agentliyinə müsahibəsində qonşu NATO dövlətlərindən ölkənin hava məkanında hədəfləri vurmaq üçün döyüş təyyarələrindən və hava hücumundan müdafiə sistemlərindən istifadə etməyi xahiş etmişdi.
#Polşa teqi istifadə olunub
- Polşada ABŞ-nin hərbi bazası tikiləcək?
- Sui-qəsd planlaşdırmaqda şübhəli bilinən şəxs saxlanıldı
- NATO-nun şərq cinahının müdafiəsini gücləndirmək üçün yeni addımlar atılır - Baku TV CANLI
- Litva və Polşa fövqəladə vəziyyətə qarşı necə plan hazırlayır? - Baku TV
- Litva və Polşa fövqəladə vəziyyətə qarşı birgə təxliyə planı hazırlayır
