Zelenskinin hücum planı mediaya sızdı
Yeniliklərdən dərhal xəbərdar olun
Pentaqona aid məxfi sənədlərin mediaya sızdırılması nəticəsində ABŞ-nin Ukrayna Prezidenti Volodimir Zelenskini izlədiyi məlum olub.
Bu barədə ABŞ-nin “CNN” telekanalı məlumat yayıb. Bildirilib ki, Ukrayna Prezidentinin çevrəsi bu hadisənin baş verməsinə təəccüblənməyib, lakin məyus olub.
Sızdırılan sənədlərdə iddia olunub ki, V.Zelenski fevral ayının sonunda Rusiyanın Rostov vilayətinin ərazisinə zərbə endirməyi təklif edib. Prezident Ukraynanın bu qədər uzaq məsafəyə uça biləcək uzaqmənzilli silahları olmadığına görə əməliyyatı pilotsuz uçuş aparatları ilə həyata keçirməyi düşünürmüş.
Bu iddialar ABŞ-nin Ukraynaya uzaqmənzilli raket sistemləri göndərməməsi ilə bağlı bəyanatına da aydınlıq gətirir. Belə ki, rəsmi Vaşinqton Kiyevin bu silahlardan Rusiya daxilində istifadəsindən ehtiyat edib.
Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak hadisəyə öz münasibətini bildirib. O, dərc edilmiş sənədlərin həqiqəti əks etdirmədiyini deyib. Eyni zamanda müşavir bu sənədlərin Rusiya tərəfindən yayıldığını və uydurulmuş məlumatlar olduğunu iddia edib.
Qeyd edək ki, sənədlərdə Ukrayna liderinin danışıqları barədə bir sıra məlumatlar da öz əksini tapıb. Bu sənədlərin kimin tərəfindən yayıldığı hələlik ictimaiyyətə məlum deyil.
#ABŞ teqi istifadə olunub
- Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
