Zelenskiyə yazığım gəlir, ona dedim ki, ABŞ... | Lukaşenko Ukraynaya etdiyi xəbərdarlıqdan danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
“Mən Zelenskiyə dedim ki, ABŞ-də hakimiyyətə yeni administrasiya gələcək və siyasət dəyişəcək. Müharibədə sizi heç kim dəstəkləməyəcək”.
Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko amerikalı bloger Mario Naufala müsahibəsində deyib.
O əlavə edib ki, belə oldu: “Belə bir proses proqnozlaşdırılırdı. Ona görə yox ki, mən böyük proqnozlaşdıran adamam. Amma dediyim hər şey mediada var. Müvafiq səsyazma var. Bütün bunlar olub. Mənim Zelenskiyə yazığım gəlir. Mən onunla öz oğlum kimi davranırdım. Bizim çox yaxşı münasibətlərimiz var idi”.
Putinin Ukrayna müharibəsi ilə bağlı mövqeyinə gəldikdə Lukaşenkonun fikrincə, Putin proseslərin belə bir müharibə ilə nəticələnəcəyini düşünmürdü:
“Əks halda, o, danışıqlara getməzdi. Çoxlu sayda insanın həlak olduğunu görən Putin dərhal münaqişəni dayandırmaq, razılığa gəlmək üçün danışıqlara getdi. Amma müharibədən qaçmaq üçün hər zaman seçim var. Putinin, bəlkə də, belə bir seçimi var idi”.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
