Zəlzələdən sonra Ərdoğandan ilk açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin Kahramanmaraş şəhərində baş verən və bir çox bölgəyə təsir edən dəhşətli zəlzələdən sonra tviterdə açıqlama verib.
“Kahramanmaraşda baş verən və ölkəmizin bir çox yerində hiss olunan zəlzələdən zərər çəkən bütün vətəndaşlarımıza keçmiş olsun deyirəm. Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin koordinasiyası ilə bütün müvafiq bölmələrimiz həyəcan vəziyyətindədir. Axtarış-xilasetmə qruplarımız dərhal zəlzələdən zərər çəkmiş ərazilərə göndərilib. Daxili İşlər Nazirliyi və Səhiyyə Nazirliyi, Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi, Valiliklər və digər bütün qurumlar sürətlə işə başlayıblar. Zəlzələdən sonra başlayan işləri də koordinasiya edirik. Ümid edirik ki, birlikdə bu fəlakətdən ən qısa zamanda və ən az zərərlə çıxacağıq, fəaliyyətlərimizi davam etdiririk”, - deyə o bildirib.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə baş verən 7,4 bal gücündə zəlzələ nəticəsində onlarla insan ölüb, yüzlərlə yaralı var. Yaralıların vəziyyəti ağır olduğundan ölü sayının artacağı istisna olunmur.
#Zəlzələ teqi istifadə olunub
- Pekində fəlakət bölgəsində xilasetmə və bərpa işləri gücləndirilir
- Hündürmərtəbəli binaların sakinləri təxliyə edilib
- Kolumbiyada zəlzələ bölgəsində itkilər artır | Axtarış əməliyyatları davam etdirilir - Baku TV
- Kolumbiya ərazisində 7.4 maqnitudalı yeraltı təkanlar baş verib
- Kolumbiyada güclü zəlzələ baş verib | Xilasetmə işləri aparılır - Baku TV
