Pleyeri seçin:

Zurabişvili Rusiyanın Gürcüstana təsirindən danışdı | Nələr baş verəcək?

29 fevral 2024 255 baxış

“İmperialistliyi heç vaxt dayandırmayacaq bir imperiyanın yanında yaşamağın nə demək olduğunu bilirik”.

Bunu Gürcüstan Prezidenti Salome Zurabişvili Tbilisiyə Rusiya tərəfindən təzyiq hiss edilib-edilməməsi və Moskva ilə müharibə vəziyyətində olan Ukraynaya hansı məsləhəti verəcəyi sualını cavablandırarkən deyib.

“Ukraynalılara hər hansı bir məsləhət verəcəyimizdən əmin deyiləm, çünki bizim demək olar ki, paralel tarixlərimiz olub: 19-cu əsrin imperialist Rusiyası, 20-ci əsrin Sovet Rusiyası, işğallar olub, bütün bunları birlikdə keçirmişik.

Deməli, eyni yoldayıq, bilirik ki, yeganə perspektivimiz Avropa Birliyinə yaxınlaşmaqdır. Moldova ilə birlikdə üçlük idik və Ukraynadakı müharibə, əslində, bu yolu sürətləndirdi və ölkələrimizi namizəd statusuna gətirdi”, – o bildirib.

Rusiyanın Gürcüstana təsirindən danışan S.Zurabişvili qeyd edib ki, ölkədə parlament seçkisi ərəfəsində Moskvanın səsvermə prosesinə müdaxiləsi və hibrid müharibəyə başlayacağı ilə bağlı qorxular var:

“Kiberhücumlar, mümkün iqtisadi təzyiqlərdən istifadə, təbliğat, marjinal qrupların maliyyələşdirilməsi və s. bütün bunları yaşayırıq. İşğal olunmuş ərazilərimiz var, ona görə də belə bir cəmiyyət üçün Rusiyayönlü qrupların və partiyaların mövcudluğunu təsəvvür etmək olduqca çətindir.

Lakin bunu açıq şəkildə bəyan etməyən Rusiyayönlü qruplar var, bu qruplar üçün dəstək və müəyyən formada anti-Qərb təbliğatı maliyyələşdirilir. Gürcüstanda gördüklərimizi başqa yerlərdə də görürük, əminəm ki, bu il daha çoxunu görəcəyik, ona görə də çox diqqətli olmalıyıq”.

Banner
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 255 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 255 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 255 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 255 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 255 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 255 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 255 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 255 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 255 baxış
Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Dünya
28 oktyabr 2026 255 baxış
Seçilmişlər
icon