Zurabişvili son nöqtəni qoydu | Baş nazirdən Prezidentə sərt tənqid
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Prezident Salome Zurabişvilinin “Xarici təsirin şəffaflığı haqqında” qanuna veto qoyaraq müzakirə üçün bütün imkanları bağladığını deyib.
O bu barədə keçirdiyi brifinqdə məlumat verərək ölkə başçısını tənqid edib.
Bildirib ki, Gürcüstanın tərəfdaşları veto prosedurlarını mövqelərin uzlaşdırılması üçün istifadə etmək niyyətində olub, lakin S.Zurabişvili qanunu kobud surətdə veto edərək sağlam müzakirələr üçün bütün imkanları bağlayıb.
İ.Kobaxidze əlavə edib ki, Gürcüstanda keçirilən sosial sorğuların nəticəsinə görə, ölkə əhalisinin 60%-dən çoxu qanun qəbul edilməsini dəstəkləyir.
Xatırladaq ki, Prezident Salome Zurabişvili mayın 18-də mübahisəli qanun layihəsinə veto qoyub. Bundan başqa, o, Fransa Prezidenti Emmanuel Makrona etirazlar fonunda Gürcüstana gəlməsi üçün müraciət edib.
#Gürcüstan teqi istifadə olunub
- "Hamısı qaçır!" | Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi | “Açarı dəyişib giriblər evə”
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- Yeni yük marşrutları Azərbaycanın mövqeyinə necə təsir edəcək - Baku TV
- Üçtərəfli əməkdaşlıq hansı sahələri əhatə edəcək? - Baku TV
- Gürcü kilsəsinin ritorikası Bakı-Tbilisi münasibətlərinə təsir edəcək? - AKTUAL GÜNDƏM
