2-ci mərtəbədən yıxılan qızın qonşusu hər şeyi danışdı | Masazır
Yeniliklərdən dərhal xəbərdar olun
Abşeron rayonu, Masazır qəsəbəsi, Füzuli 49 ünvanında yerləşən fərdi yaşayış evlərinin birində 14 yaşlı yeniyetmə ehtiyatsızlıq nəticəsində 2-ci mərtəbədən yıxılıb.
Hadisə şahidinin sözlərinə görə, təcili tibbi yardımla əlaqə saxlasa da, köməyə gələn olmayıb:
“Uşağın vəziyyəti pis idi, ayaqları sınmışdı, qanın içində idi. Təcili yardımla əlaqə saxladım. Təəssüf ki, heç kim gəlmədi. Heç kim bizim zənglərimizə cavab vermədi. Uşaq ağrı içində idi, qan itirirdi. Ona görə də məcbur qalıb taxtanın üzərinə qoyduq, qonşuların köməyi ilə yaralını xəstəxanaya çatdırdıq”.
Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, daxil olan çağırışla əlaqədar hazırda müvafiq araşdırma aparılır. Araşdırmanın nəticəsinə uyğun olaraq aidiyyəti üzrə tədbirlər görüləcək.
#Abşeron teqi istifadə olunub
- Novxanı sakinlərinin həyətlərini qrunt suları basdı - Baku TV
- Uşaq əyləncə mərkəzində yanğın | FHN-dən hadisə ilə bağlı məlumat - Baku TV
- Söyüşlər havada "uçuşdu" | Qobuda torpaq alıb ev tikdi, yolunu bağladılar - Baku TV
- Abşeronda dəhşətli yol qəzası baş verdi | 2 nəfər həyatını itirdi - Baku TV
- "Dedilər ki, mətbəxdə qısaqapanma olub" | Abşeronda yaşayış binasında yanğın baş verib - Baku TV
