2 yeniyetmə bacıya dəhşət yaşadan qəza | Goranboydakı hadisənin detalları
Yeniliklərdən dərhal xəbərdar olun
Goranboyda avtomobil 2 bacını vurub.
Hadisə rayonun Qızılhacılı qəsəbəsində, 1 saylı orta məktəbin yaxınlığında qeydə alınıb.
21 yaşlı Zakir Əliyev idarə etdiyi avtomobillə piyada hərəkətdə olan 14 və 17 yaşlı bacıları vurub. Daha sonra avtomobil məktəb yaxınlığındakı kiçik tikililərə çırpılaraq aşıb. Avtomobil zərbənin gücündən deformasiyaya uğrayıb.
Qəza zamanı xəsarət alan bacılar Goranboy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Yaralılara ilkin tibbi yardım göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən 2008-ci il və vəziyyəti orta ağır qiymətləndirilən 2011-ci il təvəllüdlü yeniyetmələr Gəncə şəhərindəki özəl tibb müəssisəsinə təxliyə olunublar.
Baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırmalar aparılır.
#Goranboy teqi istifadə olunub
- Goranboyda faciə: Elektrik dirəyi 35 yaşlı qadının üzərinə aşıb - Baku TV
- Goranboyda elektrik dirəyinin aşması faciəyə səbəb olub - ƏSAS XƏBƏR
- Goranboyda qorxunc hadisə | 31 yaşlı şəxs özündən 43 yaş böyük kişini niyə vurdu? - Baku TV CANLI
- Şirvan sakini Goranboyda faciəvi şəkildə öldü - Baku TV CANLI
- Goranboyda dəhşətli qəza | Şirvan sakini faciəvi şəkildə öldü - Baku TV
