Pleyeri seçin:
21 yaşlı gənc özündən 45 yaş böyük kişini görün nə üstündə öldürdü
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Astarada 21 yaşlı gənc qonşusunu qətlə yetirib. Hadisə rayonun Suparıbağ kəndində baş verib.
Məlumata görə, kənd sakini 21 yaşlı Vüsal Əliyev qonşusu 66 yaşlı İsgəndər Məmmədova bıçaqla bir neçə zərbə endirib. Sonuncu zərbədə bıçaq sınıb və mərhumun bədənində qalıb. İ.Məmmədov hadisə yerində ölüb.
Yaxınlarının sözlərinə görə, tərəflər arasında əvvəldən ciddi ədavət olmayıb. Qətlin motosiklet detalı üstündə yaranmış mübahisə zəminində törədildiyi bildirilir.
Cinayəti törətməkdə şübhəli bilinən Vüsal Əliyev polis tərəfindən saxlanılıb və istintaqa təhvil verilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Kopyalandı
#Astara teqi istifadə olunub
- “4-cü mərtəbəyə əlimizlə su daşıyırıq” | 300-ə yaxın sakin niyə acınacaqlı vəziyyətdədir? - Baku TV
- "Ona-buna yalvarmalıyıq ki, gətirsin" | Astarada naringi bağları susuzluqdan yanır - Baku TV
- Astarada ağır qəza | Sürücü həyatını itirdi, oğlu və nəvələri isə yaralandı - Baku TV
- Astarada baş verən ağır yol qəzası ölümlə nəticələnib - Baku TV
- Astarada dənizdə axtarılan Masallı sakininin ölkədən çıxdığı bildirilir - Baku TV
