25 ildir ki, bu vəziyyətdəyik | Masazırda hələ də həllini tapmayan problemlər
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxt və ətraf ərazilərdə yağan güclü yağış bir çox küçə və qəsəbələrdə çətin vəziyyət yaradıb. Ev və obyektləri su basıb, yollar keçilməz hala düşüb.
Ən çətin vəziyyətlərdən biri isə Abşeronun Masazır qəsəbəsində qeydə alınıb. Sakinlər illərdir eyni vəziyyətlə üzləşdiklərini deyirlər.
“Yorğan-döşək suyun içindədir. 25 ildir ki, bu vəziyyətdəyik. Yağış yağanda Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi suyun altında qalır. Problemin kökü kanalizasiyalardadır, heç biri işləmir. İşləsəydi, Masazır bu vəziyyətdə olmazdı”, – deyə sakinlər narazılıqlarını dilə gətiriblər.
Yaşanan mənzərə ilə bağlı Abşeron Rayon İcra Hakimiyyəti mətbuat xidmətinin rəhbəri Seymur Qasımov bildirib ki, Abşeron rayonunun Xırdalan şəhəri istisna olmaqla digər bütün kənd və qəsəbələrində mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi mövcud deyil:
“O cümlədən Masazır kəndinin Əliağa Vahid küçəsində kanalizasiya şəbəkəsi və yağış sularının ərazidən kənarlaşdırılması üçün drenaj sistemi yoxdur. Hazırda Əliağa Vahid küçəsinin çökəklik hissəsində yağış sularının yığılması müşahidə olunur. Ərazidə gecə saatlarından başlayaraq hal-hazıra qədər mövcud su kütləsinin kənarlaşdırılması istiqamətində tədbirlər reallaşdırılır”.
#Subasma teqi istifadə olunub
- İstanbul su altında | Bakı eyni təhlükə ilə üzləşə bilərmi? - Baku TV
- “Səhərə qədər kəsmədi, hamısı qırıldı...” | Ağstafa sakinləri gecə vaxtı dəhşət yaşadı - Baku TV
- Məmmədlidə sakinlər kömək gözləyir | Ərazidə zəhərli heyvanların peyda olduğu iddia edilir - Baku TV
- 74 gündür evlərə nə girə bilirlər, nə də çıxa | "Kömək etmək istəyəni də qoymurlar" - Baku TV
- Kür daşdı, örüş sahələri su altında qaldı
