3 uşaq və 2 qadının olduğu evdə faciə: “Qonşulara dedim, kömək edin, təpiklə vurdum ki..." - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Binəqədi rayonunda ölümlə nəticələnən yanğın hadisəsi baş verib.
Hadisə rayonun Səttar Bəhlulzadə küçəsində yerləşən fərdi yaşayış evlərindən birində qeydə alınıb.
Məlumata görə, yanğın baş verən zaman evdə iki qadın və üç uşaq olub.
Yanğın nəticəsində ev sahibinin baldızı, 35 yaşlı qadın ağır yanıq xəsarətləri alıb və hadisə yerində həyatını itirib.
Ev sahibi hadisə ilə bağlı bunları bildirib:
“Pəncərəni açıb qonşuları köməyə çağırdım. İki-üç dəfə dəmir barmaqlığa təpik vurdum, amma sınmadı. Qonşular sağ olsunlar, kömək etdilər, barmaqlığı sındırdılar. Mən tullananda yıxıldım. Qışqırdım ki, qız külə dönür, onu çıxarın. Çıxaranda bədəni yanmışdı, amma hələ nəfəs alırdı. Təcili tibbi yardım çağırdım, lakin onlar gələnədək baldızım dünyasını dəyişdi”.
“Qadını dörd kişi böyük çətinliklə çıxardı. Təcili reanimasiya tədbirləri görüldü, amma o an can verdi”, – qonşulardan biri deyib.
#Binəqədi teqi istifadə olunub
- Daha bir tikinti şirkətindən şikayət | “Xəmsə Palace-2021” ofisində qalmaqal - Baku TV
- Vətəndaşlar şikayət edir | Tikinti şirkəti niyə narazılığa səbəb oldu? - Baku TV CANLI
- “Xəmsə Palace-2021” vətəndaşların başına oyun açıb? - "2 il əvvəl veriləcəkdi, amma..." - Baku TV
- Tikinti və təmir vədi ilə bağlı milyonluq işdə şirkət rəhbəri saxlanıldı - 24 SAAT
- Sakinlər öz evlərindən çıxarılır? | Qardaşoğlu əmisinin evini əlindən alır? - Baku TV
