30 yaşlı ər 20 yaşlı Leylanı və qızını niyə qətlə yetirdi?
Yeniliklərdən dərhal xəbərdar olun
Qətlə yetrilən Leyla Hüseynli və 8 aylıq körpəsi Ayla Masallının Xıl kəndində torpağa tapşırılıb.
Qobu qəsəbəsində qətlə yetirilən ana və körpəsi barədə bəzi təfərrüatlar məlum olub.
Mərhum Leyla Hüseynlinin atası Əlişan İbadov qətli törədən Fərid Hüseynlinin atası Firdovsi Hüseynli ilə uzun illərdir dost olublar və Leyla ilə Fəridin tanışlığı da buradan başlayıb.
Leylanın atası müsahibə vermək istəməsə də, şifahi olaraq bildirib ki, Fəridin ailəsi ilə aralarında bu günə kimi hər hansı ciddi problem yaşanmayıb. Hətta hadisədən bir gün qabaq onların evində olub və söz-söhbətin olmasını hiss etməyib.
Qeyd edək ki, iyunun 20-də Abşeron rayonunun Qobu qəsəbəsində 30 yaşlı Fərid Hüseynli 20 yaşlı arvadı Leyla Hüseynlini və 8 aylıq körpəsi Aylanı qətlə yetirib. Daha sonra Fərid Hüseynli bıçaqla özünə xəsarətlər yetirib və xəstəxanaya çatdırılıb. Hazırda onun vəziyyətinin kafi olduğu bildirilir. Qətlə yetirilən Leyla Bakı Dövlət Universitetinin üçüncü kurs tələbəsi olub. Faktla bağlı araşdırma aparılır.
#Qobu qəsəbəsi teqi istifadə olunub
- Söyüşlər havada "uçuşdu" | Qobuda torpaq alıb ev tikdi, yolunu bağladılar - Baku TV
- Qobuda sakinlər avtobus dayanacağı üzü görmür - Baku TV
- Qobuda sakinlər avtobus dayanacağı üzü görmür - 24 SAAT
- Məktəbdə təmir işləri dayanıb? | "Uşaqlarımızın taleyi bilinmir": Valideynlərin narazılığı böyüyür
- Qobudakı məktəbin təmiri niyə bitmir? | İşlər nə vaxt yekunlaşacaq? - Baku TV CANLI
