32 yaşlı gəncin gizli “narkotik plantasiyası” görün harada imiş
Yeniliklərdən dərhal xəbərdar olun
Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və kultivasiyasına qarşı əməliyyat keçirilib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, tədbirlərlə Ağdam rayon sakini, 32 yaşlı Pərvin Məhərrəmzadə saxlanılıb. Onun rayonun Çolaqlı kəndindəki meşəlik ərazidə narkotik tərkibli bitkilər əkib-becərdiyi müəyyən edilib.
Həmin yerə baxış keçirilərkən çəkisi 50 kiloqram olan 33 ədəd çətənə kolu və satış məqsədilə orada saxladığı 8 kiloqram marixuana aşkarlanıb.
Saxlanılan şəxs narkotik tərkibli bitkiləri qazanc əldə etmək məqsədilə əkdiyini və xüsusi qulluq göstərdiyini bildirib.
Məhkəmənin qərarı ilə Pərvin Məhərrəmzadə barəsində həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.
#Şəki teqi istifadə olunub
- Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Şəkiyə mediatur təşkil olunub - Baku TV
- Çobanlıq edən üç uşaq atasının torpaq problemi - "Ortada qalmışam" - Baku TV
- “Qazanda elə şeylər gördük ki...” | Yerin altında qorunan bu muzey niyə dünyada unikaldır? - Baku TV
- "Uşaqlarım qonşunun evindədir" | Həyətləri su altında qalan sakinlər çıxış yolu axtarırlar - Baku TV
- "Bura iflic vəziyyətdədir" - Şirinbulaqda qaz problemi | "Bir balonunu 45 manata..." - Baku TV
