8 noyabr prospektində nə baş verir? | Buranı düzgün bərpa etmirlər
Yeniliklərdən dərhal xəbərdar olun
8 Noyabr prospektində qəribə hadisə baş verib.
Belə ki, gecə saatlarında ərazidən keçən 10-a yaxın avtomobilin təkərləri partlayıb.
Sürücülər iddia ediblər ki, bu vəziyyət ərazidə aparılan təmir işlərindən sonra yaranıb.
“Mən də bu yolda hərəkət edən sürücülərdən biriyəm. Təmiri düzgün etmirlər, ona görə yol pis günə qalıb. Maşın sürətlə gəlir, sürücü bilmir ki, axşam burada nə iş görüblər. Təkər də partlayır, diski də qırılır”, – sürücü narazılığını bildirib.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, sözügedən ərazidə agentlik tərəfindən hər hansı təmir işi icra edilməyib və edilmir:
“Ola bilsin ki, yoldan hansısa qurum tərəfindən kommunikasiya xətti keçirilib. Bunun üçün qazılmış tranşeydə belə hal baş verib. Məsələ tərəfimizdən də araşdırılacaq”.
#8 Noyabr prospekti teqi istifadə olunub
- 8 Noyabr prospektində yenilik | Bu hissələrdə diqqətli olun - Baku TV CANLI
- Xətaidə yol təmirinə start verilir | Sürücülərə müraciət - Baku TV
- Vətəndaşları narazı salan məqam | Eskalatorlar nə vaxt yenilənəcək? - Baku TV
- "Yalan deyirlər, dayanın, mən danışım" | 8 Noyabr prospektində xaos - Baku TV
- Piyadayönümlü Bakıda bu kəsişmə niyə belədir?! - Piyadalar üçün çıxılmaz vəziyyət - NECƏ OLMALIDIR?
