Ağsuda çökən yol sürücülərə təhlükəli anlar yaşatdı - Baku TV
Bakı–Şamaxı–Yevlax yolunun Ağsu dolaylarından keçən hissəsində sürüşmə qeydə alınıb.
Hadisə yolun 147-ci kilometrliyində baş verib. Son sürüşmə nəticəsində asfalt örtüyünün bir hissəsi dağılıb, yolda iri çatlar və yarğanlar yaranıb.
Hazırda avtomobil yolunun bir zolağı məhdudlaşdırılıb və sürücülər hərəkəti tək zolaqla davam etdirirlər.
Sürücülər ərazidə hərəkətin təhlükəli olduğunu bildirirlər.
“Şamaxıdan Ağsu istiqamətinə gedən sürücülər ehtiyatlı olsunlar. Yolun problemli hissəsi görünməyən döngədə yerləşir. Qəza şəraiti yarana bilər. Yolun bir tərəfi dağılıb, digər tərəfi isə istifadədədir. İki maşın qarşılaşanda təhlükəli vəziyyət yaranır. Gecə isə vəziyyət daha çətin olur”, – sürücülərdən biri deyib.
Digər sürücü isə yolun vəziyyətindən narahatlığını ifadə edib:
“Qorxa-qorxa gedirəm. Maşın aşa bilər. Hələ də düzəltmirlər. Gəlib görsünlər, buranın vəziyyəti nə gündədir”.
#Ağsu teqi istifadə olunub
- "Yalandan lent bağlayıblar ki..." | Ağsu dolaylarında sürüşmə zonası genişlənir - Baku TV
- "Təxminən 15 metr..." | Ağsuda asfalt örtüyündə dərin çatlar və çökmələr əmələ gəlib - Baku TV
- Ağsuda yol problemi: Rayon sakinləri uzun müddət davam edən problemdən şikayətçidir - Baku TV
- Ağsu-Bico-Çöl Göylər avtomobil yolu tam yararsız vəziyyətdə | Sürücülərin şikayəti - Baku TV
- Ağsuda amansız qətl | 43 yaşlı qadının dəhşətli ölümü - Baku TV
