Pleyeri seçin:
Arvadını öldürüb, qayınanasına xəsarət yetirdi
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Astarada 32 yaşlı Fərmayil Əliyev arvadını öldürüb, qayınanasına xəsarət yetirib. Hadisə martın 18-də rayonun Şiyəkəran kəndində baş verib.
27 yaşlı Əfsanə Ramazanovanın kəsici-deşici alətlə öldürülməsi və 53 yaşlı anası Sevda Ramazanovaya xəsarət yetirilməsi ilə bağlı polisə məlumat daxil olub. Yaralı S.Ramazanova Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ə.Ramazanovanın isə meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
F.Əliyev hadisədən sonra könüllü olaraq istintaqa təslim olub və şübhəli şəxs qismində saxlanılıb. Fakt üzrə Astara Rayon Prokurorluğunda cinayət işi açılıb.
Kopyalandı
#Astara teqi istifadə olunub
- “4-cü mərtəbəyə əlimizlə su daşıyırıq” | 300-ə yaxın sakin niyə acınacaqlı vəziyyətdədir? - Baku TV
- "Ona-buna yalvarmalıyıq ki, gətirsin" | Astarada naringi bağları susuzluqdan yanır - Baku TV
- Astarada ağır qəza | Sürücü həyatını itirdi, oğlu və nəvələri isə yaralandı - Baku TV
- Astarada baş verən ağır yol qəzası ölümlə nəticələnib - Baku TV
- Astarada dənizdə axtarılan Masallı sakininin ölkədən çıxdığı bildirilir - Baku TV
