Astarada avtomobil piyadanı vuraraq qətlə yetirdi
Yeniliklərdən dərhal xəbərdar olun
Astarada avtomobil piyadanı vuraraq öldürüb.
Hadisə oktyabrın 30-da axşam saatlarında rayonun Çayoba kəndində baş verib.
36 yaşlı Peyman Ruşanov idarə etdiyi yük avtomobili ilə hərəkətdə olarkən toydan çıxıb evinə gedən piyada 44 yaşlı Nazim Baxşiyevi vurub. Qəza səbəbindən piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Hadisəni törədən sürücü qaçmağa çalışsa da, çox da uzağa gedə bilməyib. Rayon polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Peyman Ruşanov şübhəli şəxs qismində saxlanılıb.
Mərhumun yaxınlarının sözlərinə görə, Nazim Baxşiyevin 6 azyaşlı uşağı var. Onun həyat yoldaşı 3 il bundan əvvəl xəstəlikdən dünyasını dəyişib. Bu müddət ərzində N.Baxşiyev fəhləlik edərək uşaqlarını saxlayıb. Faktla bağlı araşdırma aparılır.
#Astara teqi istifadə olunub
- “4-cü mərtəbəyə əlimizlə su daşıyırıq” | 300-ə yaxın sakin niyə acınacaqlı vəziyyətdədir? - Baku TV
- "Ona-buna yalvarmalıyıq ki, gətirsin" | Astarada naringi bağları susuzluqdan yanır - Baku TV
- Astarada ağır qəza | Sürücü həyatını itirdi, oğlu və nəvələri isə yaralandı - Baku TV
- Astarada baş verən ağır yol qəzası ölümlə nəticələnib - Baku TV
- Astarada dənizdə axtarılan Masallı sakininin ölkədən çıxdığı bildirilir - Baku TV
