Pleyeri seçin:
Astarada bədbəxt hadisə baş verib
Astarada ustanın ehtiyatsızlığı onun ölümünə səbəb olub. Hadisə rayonun Pensər kəndində, tikinti materialları satışı obyektində baş verib.
Ərçivan qəsəbə sakini 62 yaşlı Zeynalov Firudin Sübhan oğlu elektrikli kəsici alətlə metal çəlləyi kəsərkən qəfildən partlayış olub. Nəticədə kəsici aparat ustanın əlindən çıxaraq sifətini kəsib.
Yaralı ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona baş-sifət nahiyəsinin dərin kəsilmiş-didilmiş yarası diaqnozu qoyulub.
İlkin ehtimala görə, ustanın kəsdiyi çəlləyin içərisində kimyəvi və ya tezalışan maddənin qalıqları olub. Hazırda faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.
Kopyalandı
#Astara teqi istifadə olunub
- Astarada ağır qəza | Sürücü həyatını itirdi, oğlu və nəvələri isə yaralandı - Baku TV
- Astarada baş verən ağır yol qəzası ölümlə nəticələnib - Baku TV
- Astarada dənizdə axtarılan Masallı sakininin ölkədən çıxdığı bildirilir - Baku TV
- Astara çimərliyində itkin sayılan şəxs ertəsi gün təyyarə ilə xaricə gedib - Baku TV CANLI
- "Tapa bilmirik, 5 uşağı var..." | Dənizdəki qandonduran hadisənin detalları - Baku TV
