Astarada dəhşətli qətl: polis hadisə ilə bağlı araşdırma aparır
Yeniliklərdən dərhal xəbərdar olun
Astaranın Kakalos kəndində yaşlı qadın qətlə yetirilib.
Hadisə yerinə gələn hüquq-mühafizə orqanları əməkdaşlarının araşdırmaları zamanı müəyyən olunub ki, qətlə yetirilən şəxs kənd sakini 77 yaşlı Zeynəb Məmmədovadır.
Qətl hadisəsi ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, noyabrın 10-da saat 16 radələrində Astara rayonunun Kakalos kənd sakini 1946-cı il təvəllüdlü Məmmədova Zeynəb Əziz qızının qətlə yetirilməsi ilə bağlı polisə məlumat daxil olub.
Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür. Meyit aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma davam etdirilir.
Qeyd edək ki, qətlə yetirilən Zeynəb Məmmədova feldşer işləyib.
#Astara teqi istifadə olunub
- “4-cü mərtəbəyə əlimizlə su daşıyırıq” | 300-ə yaxın sakin niyə acınacaqlı vəziyyətdədir? - Baku TV
- "Ona-buna yalvarmalıyıq ki, gətirsin" | Astarada naringi bağları susuzluqdan yanır - Baku TV
- Astarada ağır qəza | Sürücü həyatını itirdi, oğlu və nəvələri isə yaralandı - Baku TV
- Astarada baş verən ağır yol qəzası ölümlə nəticələnib - Baku TV
- Astarada dənizdə axtarılan Masallı sakininin ölkədən çıxdığı bildirilir - Baku TV
