Astaradakı dəhşətli cinayətin təfərrüatı: qonşular 77 yaşlı qadını niyə qətlə yetiriblər?
Noyabrın 10-da Astaranın Kakalos kəndində baş verən qətlin təfərrüatı məlum olub.
Cinayətə görə 3 nəfər – 40 yaşlı Elmir Məmmədov, 37 yaşlı, əvvəllər məhkum olunmuş Vüsal Əkbərov və Şəmkir rayon sakini, 40 yaşlı, əvvəllər məhkum olunmuş Bəhruz Süleymanov şübhəli bilinərək saxlanılıb.
Müəyyən edilib ki, onlardan ikisi qətlə yetirilən 77 yaşlı Zeynəb Məmmədovanın qonşusu olub. Hadisəni törətdikdən sonra Vüsal Əkbərov şübhələrdən yayınmaq üçün Zeynəb Məmmədovanın yaxınlarına zəng edib və onun evində nə isə olduğunu deyib. Hətta axşam saatlarında digər qonşular kimi həyətə toplaşanların yanında olub.
Qətllə bağlı Astara Rayon Prokurorluğu da açıqlama yayıb. Bildirilib ki, araşdırmalarla, Astara rayon sakinləri Əkbərov Vüsal Zaid oğlu, Məmmədov Elmir Ətrafil oğlu və Şəmkir rayon sakini Süleymanov Bəhruz Rəşid oğlunun Zeynəb Məmmədovanı tamah niyyəti ilə öldürdükləri müəyyən edilib.
Ehtimal olunur ki, qadın həmin vaxt evdə olmayıb. Amma bir qədər sonra geri qayıdıb və mənzildə oğrularla qarşılaşıb.
Məlumata görə, cinayətkarlar qadının qollarını, ayaqlarını bağlayıb, üzərində olan qızıl-zinət əşyalarını götürüb, daha sonra iz itirmək üçün öldürüblər.
Faktla bağlı Astara Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
#Astara teqi istifadə olunub
- Astarada ağır qəza | Sürücü həyatını itirdi, oğlu və nəvələri isə yaralandı - Baku TV
- Astarada baş verən ağır yol qəzası ölümlə nəticələnib - Baku TV
- Astarada dənizdə axtarılan Masallı sakininin ölkədən çıxdığı bildirilir - Baku TV
- Astara çimərliyində itkin sayılan şəxs ertəsi gün təyyarə ilə xaricə gedib - Baku TV CANLI
- "Tapa bilmirik, 5 uşağı var..." | Dənizdəki qandonduran hadisənin detalları - Baku TV
