Avtobus marketə çırpıldı | Dəhşətli qəza barədə "BakuBus"dan təcili açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Sabunçu rayonu, Maştağa qəsəbəsində “BakuBus” MMC-yə məxsus marşrut avtobusu qəza törədib.
“BakuBus” MMC-dən bildirilib ki, ilkin ehtimala görə, hadisə sürücünün sükan arxasında səhhətinin pisləşməsi səbəbindən baş verib:
“189 nömrəli marşrut xətti üzrə hərəkət edən 99-JU-926 dövlət qeydiyyat nişanlı avtobus Maştağa qəsəbəsi, Nizami küçəsində yol nəqliyyat hadisəsinə uğrayıb.
İlkin ehtimala görə, nəqliyyat vasitəsini idarə edən sürücü Babayev Haşim ürəktutma ilə əlaqədar idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi yolun kənarında yerləşən marketə çırpılıb.
Hadisə nəticəsində sürücü müxtəlif dərəcəli xəsarətlər alıb və dərhal tibbi yardım göstərilməsi üçün xəstəxanaya yerləşdirilib. Sərnişinlər arasında xəsarət alan olmayıb.
Məsələ ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır”.
#BakuBus teqi istifadə olunub
- "Avtobusları 1 dəfə şarj etdikdən sonra..." | Naxçıvanda müasir avtobuslar - Baku TV
- Sərnişinlər bu avtobusdan sallana-sallana gedir | “Nə edək, olanımız budur” - Baku TV
- "BakuBus"da xanım sürücülər işə başladı | "Kişilər bacarırsa, qadınlar da bacarar"
- “BakuBus” avtobusu Bulvarda qorxulu qəzaya necə düşdü? - Avtobusdakı sərnişinlər...
- Bakı və Gəncədə vətəndaşlar "BakuBus"ların azlığından şikayətçidir | Camaat əziyyət çəkir
