Azərbaycana narkotik gətirən şəxsin planı pozuldu | DSX-dən Xəzərdə əməliyyat
Yeniliklərdən dərhal xəbərdar olun
Xəzər dənizində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilməsinin qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, Sahil Mühafizəsinin texniki müşahidə məntəqələri tərəfindən aşkarlanan hədəfin saxlanılması məqsədilə əməliyyata başlanılıb.
Keçirilən tədbirlər nəticəsində Qızılağac Dövlət Təbiət Qoruğu ərazisində Lənkəran rayon Balıqçılar qəsəbə sakini 1989-cu il təvəllüdlü Cəfər Ağayev sahilə yan alarkən sərhəd naryadı tərəfindən saxlanılıb.
Qayığa baxış zamanı 7 bağlamada ümumi çəkisi 29 kiloqram 715 qram marixuana, ov tüfəngi, 24 ədəd patron, həmçinin GPS cihazı, mobil telefonlar aşkar olunaraq götürülüb.
Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
#Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti teqi istifadə olunub
- Dövlət sərhədini pozmaq cəhdinin qarşısı alınıb - ANA XƏBƏR
- DSX əməliyyat keçirdi | Qaçaqmalçılığın qarşısı alındı - Baku TV CANLI
- Dövlət Sərhəd Xidməti İranla sərhəddə təcili əməliyyat keçirdi - Baku TV CANLI
- İlham Əliyev DSX-nin bir sıra hərbi qulluqçularını təltif etdi - Baku TV
- DSX məlumat yaydı: Hava sərhədini pozan PUA məhv edildi - ANA XƏBƏR
