Azərbaycanlıların yaşadığı binalar atəşə tutuldu | “Elə güclü zərbə oldu ki...”
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya-Ukrayna müharibəsinin şiddəti artır və bu dəfə zərbələr azərbaycanlıların da sıx yaşadığı ərazilərə düşüb. "Baku TV"-nin verdiyi məlumata görə, Rusiya ordusu Ukrayna ərazisinə 400-dən çox dron və 28 raketlə kütləvi hücum təşkil edib. Əsas hədəflərdən biri paytaxt Kiyevdə Dnepr çayının sol sahili olub. Hücum nəticəsində yaşayış binalarına ciddi ziyan dəyib, sakinlər arasında yaralananlar var.
Kiyevdə yaşayan azərbaycanlılar və digər sakinlər "Baku TV"-yə verdiyi açıqlamada dəhşətli anları təsvir ediblər. Sakinlərdən biri partlayışın gücündən qapı ilə birlikdə bayıra uçduğunu, qonşularını dağıntılar altından xilas etdiklərini bildirib. Hadisə yerində dərhal xilasetmə və təcili tibbi yardım briqadaları işə başlayıb. Müharibənin mülki əhali üçün yaratdığı bu acı mənzərə və dağılmış binalardan ən son görüntülər bizim reportajda təqdim olunur.
#Rusiya Ordusu teqi istifadə olunub
- Ukraynadan Rusiyanın hərbi hədəflərinə zərbələr
- Rusiyanın hücumunda 25 mərtəbəli yaşayış binasına zərbə endirilib
- Zaporojyeyə eyni vaxtda bomba və dron hücumları həyata keçirilib - Baku TV
- Zelenskidən Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi üçün təcili çağırış - Baku TV
- Rusiyanın xəbərdarlığından sonra Vaşinqton hansı addımı atacaq? - Baku TV
